Rusiyada helikopter qəzası: Ölənlər var

Rusiyada göyərtəsində dörd nəfərin olduğu "Mi-2" helikopteri Kirov vilayətində sərt eniş edib.

Bakunews.media xəbər verir ki, bu barədə "TASS"a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

"Mi-2" helikopteri Kirov vilayətində sərt eniş edib, axtarış tədbirləri davam etdirilir. Hazırda xilasedicilər üç nəfərin meyitini tapıblar", - deyə məlumatda bildirilib.

0.064536094665527