Bundesliqa: "Bayer" "Verder"lə bacarmadı

Almaniya Bundesliqasında 8-ci turun görüşləri keçirilir.

Bakunews.media xəbər verir ki, çempion Leverkuzen "Bayer"i bu tur səfərdə Bremen "Verder"i ilə üzləşib.

Matçın gedişində qonaqlar iki dəfə hesabda önə çıxsalar da, meydan sahibləri bu qolların əvəzini çıxmağı bacarıblar - 2:2.

Hazırda "Bayer" 15 xalla turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. "Verder" isə 12 xalla 9-cudur. Çempionata 20 xalla "Leypziq" başçılıq edir. İkinci yerdəki "Bavariya"nın 17 xalı və ehtiyatda bir oyunu var.

0.054960966110229