Nigeriyada bina çökdü: 40-a yaxın adam dağıntılar altında qaldı
Nigeriyanın paytaxtında çökən yaşayış binasının dağıntıları altında azı 40 nəfər qalıb.
Bakunews.media TASS-a istinadən xəbər verir ki, hadisə Abuca vilayətinin Sabon Luqbe bölgəsində baş verib.
Xilasedicilər və könüllülər dağıntıları təmizləyirlər. Beş nəfər xilas edilib.
İlk məlumatlara görə, uçan bina hələ tam tikilməyib.