İngiltərə Premyer Liqası: "Çelsi" "Nyukasl"ı məğlub etdi

İngiltərə Premyer Liqasının 9-cu turunun "Çelsi" və "Nyukasl" oyunu başa çatıb.

Bakunews.media xəbər verir ki, oyun Londonda "Stemford Bric"də baş tutub. Görüşün baş hakimi kimi Simon Huper çıxış edib. "Çelsi" 2:1 hesabı ilə qalib gəlib.

18-ci dəqiqədə "Çelsi"nin hücumçusu Nikolas Cekson hesabı açıb. 32-ci dəqiqədə "Nyukasl"ın hücumçusu Aleksandr İsak oyuna tarazlıq gətirib. Matçda son nöqtəni "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer 47-ci dəqiqədə qoyub.

0.051926136016846