Qazaxıstanda ticarət mərkəzində yanğın: İnsanlar təxliyə edilir

Qazaxıstanın Atırau şəhərində ticarət-əyləncə mərkəzi yanır, xilasedicilər ziyarətçiləri təxliyə edirlər.

Bakunews.media TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Bu dəqiqələrdə Atırau şəhərinin yanğınsöndürənləri Bəxtigirey Kulmanov küçəsində yerləşən "Baizaar" ticarət mərkəzində baş vermiş yanğını söndürürlər", - məlumatda bildirilir.

"Atyrau Online"ın verdiyi xəbərə görə, binanın içərisindəki tüstü insanların çıxış yolu tapmasına mane olur və bu, təxliyəni çətinləşdirir.

0.058809041976929