Kriştianu Ronaldunun çinli fanatı futbolçunu görmək üçün velosipedlə 13 min km məsafə qət edib
Kriştianu Ronaldunun fanatı kumiri ilə görüşmək üçün 7 ay ərzində velosipedlə 13 min km yol qət edib.
Bakunews.media xəbər verir ki, 24 yaşlı çinli səyahətinə 2024-cü il martın 18-də başlayıb.
Anhui əyalətindən yola çıxan azarkeş yeddi ay sonra, oktyabrın 20-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada çatıb. Asiyalı fanat "Ən-Nəsr"in hücumçusu ilə görüşüb.
Azarkeş əvvəlcə Pekinə, oradan da Qazaxıstana yollanıb. Rusiya, Gürcüstan, Ermənistan, İran və Qətərdən da keçən çinli gənc Səudiyyə Ərəbistanına çatıb. O, K.Ronaldu ilə klubun bazasında görüşüb. Ulduz futbolçu pərəstişkarına "Ən-Nəsr"in matçına biletlər və imzalı formasını verib.