Dünya çempionatı: Üç güləşçimiz qızıl medal uğrunda mübarizə aparacaq
Azərbaycanın üç yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatda bu gün final görüşünə çıxacaq.
Bakunews.media xəbər verir ki, Eldəniz Əzizli (55 kq) qızıl medal uğrunda görüşdə iranlı Poya Marz ilə üz-üzə gələcək. Nihat Məmmədli (63 kq) həlledici qarşılaşmada qazaxıstanlı Yerjet Jarlikassinlə, Ülvü Qənizadə (72 kq) fransalı İbrahim Qanemlə münasibətlərə aydınlıq gətirəcəklər.
Qurban Qurbanov (82 kq) isə təsəlliverici qarşılaşmada Özbəkistandan olan Jalqasbay Berdimuratov ilə qarşılaşacaq.
Qadın güləşçilərimiz də mübarizəyə start verəcəklər. Alyona Kolesnik (59 kq) braziliyalı Ana Franka, Elis Manolova (65 kq) polşalı Nataliya Kubati ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 31-də başa çatacaq.