Türkiyə çempionu evinin eyvanından yıxılaraq ölüb

Türkiyəli atlet Selen Durna evinin eyvanından yıxılaraq faciəli şəkildə vəfat edib.

Bakunews.media Sporx.com-a istinadən xəbər verir ki, 32 yaşlı idmançı 6-cı mərtəbədən yerə çırpılıb.

Hüquq-mühafizə orqanları S.Durnanın intihar etdiyini düşünür. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən il "Beşiktaş" klubunda çıxış edən idmançı nizəatma üzrə Türkiyə çempionu olub. O, 2019-cu ildə Balkan çempionatının gümüş medalını qazanıb.

0.048135995864868