A Seriyası: "İnter" üç xalı üç qolla qazandı

A Seriyasında 10-cu turun oyunları keçirilir.

Bakunews.media xəbər verir ki, turnirin son qalibi "İnter" səfərdə "Empoli" ilə qarşılaşıb.

Matçın 32-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıblar.

Qonaqlar say üstünlüyündən yalnız ikinci hissədə yararlanaraq rəqibin qapısından üç cavabsız top keçiriblər - 0:3.

Frattezi oyunda dublla fərqlənib.

Bu nəticədən sonra "İnter" 21 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib. "Empoli" isə 11 xalla 11-ci yerdə qərarlaşıb. Yarışa 25 xala malik "Napoli" liderlik edir.

0.085471868515015