ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var

ABŞ-ın Kolmen şəhərində (Texas ştatı) yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

“Abilene Reporter News” xəbər verir ki, qəza nəticəsində təyyarədə olan üç nəfər həlak olub.

Təyyarənin pilotu elektroavadanlıqlarda problem olduğunu qeyd edərək Abilin hava limanına qayıtmağa çalışıb.

Yerli vaxtla saat 06:00 – da təyyarə radarlardan itib.

Dörd saatdan sonra təyyarənin qalıqları Kolman gölünün yanında tapılıb.

0.32167100906372