Fransa klubu "Qarabağ"la UEFA Avropa Liqasındakı görüşünə görə liqa matçını təxirə salacaq
Fransanın "Lion" klubu UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"a qarşı Bakıda keçirəcəyi oyuna görə Liqa 1-dəki "Nitsa" ilə matçının təxirə salınmasını istəyib.
Bakunews.media xəbər verir ki, klub rəsmiləri 7 saatlıq uçuşla 4600 km yol qət edəcəklərini əsas gətirərək, çempionatdakı oyunun başqa tarixdə baş tutmasını tələb ediblər. Fransa Peşəkar Futbol Liqasının (LFP) isə hələlik bunu rədd etdiyi bildirilir.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turuna təsadüf edəcək "Qarabağ" - "Olimpik" qarşılaşması noyabrın 28-də təşkil olunacaq. Liqa 1-in XIII turunun "Olimpik" - "Nitsa" matçı isə dekabrın 1-də, Bakı vaxtı ilə saat 20:00-da başlamalıdır.