İspaniyada bir sıra futbol matçları yenidən təxirə salınıb

İspaniya Kral Futbol Federasiyası (RFEF) növbəti dəfə daşqın səbəbindən futbol matçlarını təxirə salmaq məcburiyyətində qalıb.

Bakunews.media xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Mənbə "Exeya" - "Erkules" matçının noyabrın 14-də, "Pontevedra" - "Levante" matçının isə noyabrın 19-da oynanılacağını iddia edir. Həmçinin, iki oyun daha gec tarixə təxirə salınıb: "Parla Eskuela" - "Valensiya" və "Manises" - "Xetafe" matçları noyabrın 26-da keçiriləcək. "Xove" - "Real Sosyedad" matçının tarixi daha sonra müəyyənləşəcək.

Xatırladaq ki, bu yaxınlarda İspaniyada son 30 ilin ən güclü daşqını baş verib. Güclü yağışlar Valensiya muxtar icmasına və bir sıra digər ərazilərə ziyan vurub.

0.052552223205566