Millətlər Liqasında ardıcıl üç oyunda məğlub olan millimizin heyətinin açıqlanacağı tarix bəlli olub

Azərbaycan millisinin noyabrda Millətlər Liqasında keçirəcəyi oyunlar üçün heyəti noyabrın 8-də açıqlanacaq.

Bakunews.media AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin gün saat 12:00-da qurumun inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransında milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya və noyabrın 19-da səfərdə İsveç yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.

0.055430889129639