Avropa Liqası: "Beşiktaş" "Malmö"yə qalib gəldi

UEFA Avropa Liqasının Liqa Mərhələsinin 4-cü turunda Türkiyənin "Beşiktaş" və İsveçin "Malmö" komandaları qarşılaşıb.

Bakunews.media xəbər verir ki, "Beşiktaş" "Malmö"yə 2:1 hesabı ilə qalib gəlib.

76-cı dəqiqədə "Beşiktaş"ın hücumçusu Ernest Muçi hesabı açıb. Semih Kılıçsoy 85-ci dəqiqədə meydan sahiblərinin üstünlüyünü artırıb. Qonaqların heyətində bir qolu yarımmüdafiəçi Sören Riyeks vurub.

"Ağ-qaralar" buqələbədən xallarının sayını 6-ya çatdıraraq turnir cədvəlində 14-cü yerdə qərarlaşıb. "Malmö" 3 xalla 26-cı yerdədir.

0.10965704917908