UEFA Çempionlar Liqası: "Bavariya" - "Benfika" matçının taleyini bir qol həll etdi

UEFA Çempionlar Liqasının liqa mərhələsində 4-cü tura yekun vurulub.

Bakunews.media xəbər verir ki, "Bavariya" doğma azarkeşləri önündə "Benfika" ilə üz-üzə gəlib.

Matçın taleyini bir qoll həll edib. Ev sahiblərindən Musialanın 67-ci dəqiqədəki dəqiq zərbəsi almanlara qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, günün digər qarşılaşmalarında "Brügge" "Aston Villa"ya 1:0, "Şaxtyor" isə "Yanq Boyz"a 2:1 hesabı ilə qalib gəlib.

Həmçinin, "Zalsburq" səfərdə "Feyenoord"dan üstün olub - 1:3, Praqa "Sparta"sı evdə "Brest"ə uduzub - 1:2, "Ştutgart" öz meydanında "Atalanta"ya məğlub olub - 0:2.

0.050494909286499