"Formula 1"də 26 ildən sonra bir ilk

Finlandiyalı Valtteri Bottas "Kick-Sauber" komandasını tərk edir və gələn ildən onun yerini braziliyalı Qabriel Bortoleto tutacaq.

Bakunews.media bu barədə championat.com-a istinadən xəbər verir.

Bu o deməkdir ki, 1989-cu ildən bəri ilk dəfə "Formula 1" pelotonunda finlandiyalı pilot olmayacaq.

İndiyədək Finlandiyanın ümumilikdə doqquz "Formula 1" pilotu olub. Onlardan səkkizi ən azı bir dəfə podiuma yüksəlib, beşi Qran-pri qazanıb, ikisi bir dəfə çempion olub (Keke Rosberq və Kimi Raykkonen) və biri isə ikiqat çempion adını qazanıb (Mika Hakkinen).

0.13905000686646