Dini liderlərin Qarabağa səfəri başlayıb

Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb.

"Report" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qonaqları Füzuli Hava Limanında Azərbaycan Prezidentinin Ağdam, Füzuli, Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.

Din və hökumət nümayəndələri səfər çərçivəsində Füzuli, Ağdam, Xocalı, Əsgəran, Xankəndi və Şuşada işğal dövründə erməni vandalizminə məruz qalan abidələrin dağıntıları ilə tanış olacaqlar. Onlar məscid və ziyarətgahlara baş çəkəcək, azad olunmuş ərazilərdəki bərpa-quruculuq işləri ilə bağlı məlumatlandırılacaqlar.

Bildirilib ki, Türkiyə Diyanət İşləri Başkanı Ali Erbaşın Ağdam məscidində azan verməsi, ziyarətçilərin camaat namazı nəzərdə tutulur. Bu, Ağdam məscidində təmir-bərpa işlərinin yekunlaşmasından sonra ilk dəfə qılınacaq camaat namazıdır.

0.081792116165161