Bakıda velosiped oğrusu saxlanıldı

Paytaxtın Yasamal rayonunda velosiped oğurluqlarında şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. 

Bakunews.media xəbər verir ki, hadisə fevral ayının 19-da Yasamal rayonu D.Bünyadzadə küçəsində qeydə alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Müraciət əsasında Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən ünvanda yaşayan İ.İsgəndərovun velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 1990-ci il təvəllüdlü O.Ələkbərzadə saxlanılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Könül Cəfərli 

0.31368803977966