Şamaxıda zəlzələ oldu
Ötən gecə Şamaxıda zəlzələ olub.
Bakunews.media-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 04:43-də qeydə alınıb.
Yeraltı təkanlar Qobustan stansiyasından 35 km cənub-qərbdə Şamaxı rayonunda və 3,3 maqnitudalı olub.
Zəlzələnin ocağı 1 km dərinlikdə yerləşib və hiss olunmayıb.