Türkiyə koronavirusa görə İranla sərhədi bağladı

İranda koronavirusa yoluxma hallarının atmasından sonra Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirilib.

“Daily Sabah” xəbər verir ki, Türkiyə İranla sərhədlərini bağlayıb. 

Bildirilir ki, ölkənin İranla sərhədindəki iki nəzarət-buraxılış məntəqəsi keçid üçün bağlanılıb. 

Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 43 nəfərə, bu virusdan ölənlərin sayı isə səkkizə çatıb. 

0.38257908821106