Piyadaya yol verdi, qəzaya düşdü – FOTO/VİDEO

Bakının Yasamal rayonunda iki avtomobil toqquşub.

Bakunews.media xəbər verir ki, hadisə "Qış parkı"nın yaxınlığında qeydə alınıb.

Nağı Tağıyev idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olan zaman qarşısına piyada çıxıb.

Sürücü piyada keçidindən keçən şəxsə yol vermək üçün avtomobili saxlayıb.

Bu zaman arxadan gələn "Mazda" markalı nəqliyyat vasitəsi "Toyota"ya çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Orxan Hüseynzadə

0.91282296180725