Bakıda sərxoş sürücü qəza törətdi - VİDEO

Sürücünün içkili halda avtomobili idarə etməsi üç avtomobilin əzilməsi ilə nəticələnib.

Bakunews.media xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu Əsəd Əhmədov küçəsində qeydə alınıb.

Sözügedən küçə ilə hərəkət edən “BMW” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirərək qarşı yolda hərəkətdə olan “As-Samand” və “Kia” markalı minik maşınlarına dəyib.

Xoşbəxtlikdən hadisə xəsarətsiz ötüşüb. Hər üç sürücü alkoqol səviyyəsinin təyin edilməsi məntəqəsinə aparılıb.

Aparılan müayinə nəticəsində “BMW”nin sürücüsünün sərxoş olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 

1.0373778343201