Bakıda yaşayış binası yanır

Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bakunews.media xəbər verir ki, yanğın Bakının Əhmədli qəsəbəsi, Q.Məmmədov küçəsi 5 ünvanında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva faktı təsdiqləyib.

Onun sözlərinə görə, yanğın sözügedən ünvanda yerləşən yaşayış binasının altıncı mərtəbəsində qeydə alınıb:

“Yanğın binanın altıncı mərtəbəsində başlayıb. FHN-in çağrı mərkəzinə daxil olan zəng əsasında dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir”.

Könül Cəfərli 

0.38785600662231