Siqaret kötüyü Bakıda hündürmərtəbəli binada yanğına səbəb oldu - FOTO

Nərimanov rayonunda hündürmərtəbəli binada yanğın baş verib.  

Bakunews.media xəbər verir ki, hadisə Gülarə Qədirbəyova 8-10 ünvanındakı 18 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində qeydə alınıb.  

Əraziyə FHN-in Nərimanov rayonu üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin 4 texnikası və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb.  

İlkin ehtimala görə, yanğın məişət tullantılarına siqaret kötüyünün düşməsindən baş verib.  

Kamil Əmirli  

Orxan Hüseynzadə 

0.33215689659119