Mingəçevirdə güclü külək ağacı qadının üzərinə aşırdı
Mingəçevirdə güclü küləyin təsiri nəticəsində 37 yaşlı qadının üstünə ağac aşıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Nəriman Nərimanov küçəsində 1 saylı tam orta məktəbin qarşısında baş verib.
Qırılan ağaclardan biri 1983-cü il təvəllüdlü şəhər sakini Ağasıyeva Səbinə Nazim qızının başına düşüb.
Başı yarılmış halda xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyat olunub.