Alman publisist və tərcüməçi: “Avropa Xocalı ilə bağlı haqsızlıqları bilməlidir” - VİDEO
Alman publisist və tərcüməçi Mattias Volf Azərbaycan dilində təmiz danışır və yazır, ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi öyrənir.
Ümumavropa Qarabağ mitinqinə qoşulan Mattias Volf ölkəmizə olan sevgisini Diaspor TV-yə danışıb.
O, Xocalı faciəsi ilə bağlı fikirlərini də bölüşüb. M.Volf bildirib ki, Avropa Xocalı ilə bağlı haqsızlıqları bilməlidir.
Alman publisist Azərbaycan dilində olan mahnıların bir neçəsini və Azərbaycan himnini də səsləndirib.