“Avroviziya-2020” təmsilçimiz Samirə: “Var gücümlə çalışacağam”

May ayının 12-i, 14-ü və 16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək 65-ci “Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı Samirə Əfəndi təmsil edəcək. 

Bakunews.media xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) təmsilçimizin adını açıqladıqdan sonra S.Əfəndi sosial media hesabında sevinc hisslərini izləyiciləri ilə paylaşaraq, bu sözləri yazıb:

“Avroviziya 2020-də Azərbaycanı təmsil edəcəyim üçün çox şadam. Mənə inanan hər kəsə təşəkkür edirəm! Avropada musiqimizlə səs salmaq üçün var gücümlə çalışacağam”.

Qeyd edək ki, ötən illərdə olduğu kimi bu il də müsabiqəyə təmsilçimizin seçimi ictimaiyyətə qapalı aparılıb.

Rəşad Əliyev

0.33481097221375