Ərdoğan Türkiyənin İdlibdəki zərbələrinin nəticəsini açıqladı

“İndiyə qədər 2100-dən çox Suriya əsgəri öldürülüb. Aralarında 94 tank, 37 haubitsa, 28 çoxmənzilli raket qurğusu, 17 zirehli maşının da olduğu 300-ə yaxın texnika məhv edilib”.

“Hürriyet”in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hər ötən gün bu təzyiqi artıracaq, Suriyaya da, onları dəstəkləyənlərə də qərarlılığımızı göstərəcəyik. Ötən gecə kimvəyi məhsulların saxlandığı yeddi anbar partladılıb. İşin bu vəziyyətə çatmasını əsla arzu etməzdik, ancaq bir halda ki, özləri bizi buna məcbur etdilər, nəticələrini də görəcəklər”, - deyə Ərdoğan bildirib.

0.64333605766296