Avtomobillər və meşələr yandı: 5 ölü, 161 yaralı - Portuqaliyada dəhşətli yanğın

Portuqaliyada genişmiqyaslı meşə yanğınları nəticəsində 5 nəfər ölüb, 161 nəfər yaralanıb.

Bakunews.media xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Yanğın ölkənin şimalındakı Porto və Aveyro şəhərləri arasında 10 min hektar ərazini əhatə edib.

Yanğınlar səbəbindən ölkədə bir çox yollar, xüsusən də Lissabon və Porto arasındakı əsas yol bağlanıb, onlarla ev yanıb.

Sentyabrın 20-də ölkədə matəm elan edilib.

0.3047308921814