İmişlidə iki avtomobil toqquşdu, xəsarət alan var

İmişlidə xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un məlumatına görə, hadisə İmişli rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı sərnişin, 1985-ci il təvəllüdlü Mövsumov Kənan Yusif oğlu muxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

0.4153790473938