Bakıda həyət evlərində yanğın başlayıb - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında evdə yanğın olması barədə məlumat daxil olub.

Bakunews.media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

0.29899001121521