Türkiyədə təxribat xarakterli məqaləyə görə üç rusiyalı jurnalist saxlanılıb

Türkiyə polisi Rusiyanın “Sputnik” agentliyinin Türkiyə bürosunun üç əməkdaşını saxlayıb.

Bu barədə TASS məlumat yayıb.

Məlumatda deyilir ki, jurnalistlərin saxlanma səbəbi agentliyin saytında yayımlanan “Oğurlanmış əyalət”: Fransa niyə Hatayı 80 il əvvəl Türkiyəyə ötürüb” sərlövhəli təxribat xarakterli məqalə olub.

Rusiyalı politoloq Oleq Morozov “Sputnik Türkiyə”də çalışanlara qarşı bu münasibətlə bağlı Rusiyanın mövqe bildirəcəyi açıqlamasını verib. Morozov ikili münasibətlərdə gərginliyin jurnalistlərə əziyyət vermək üçün səbəb olmadığını qeyd edib.

0.34443116188049