Avropanın daha bir ölkəsində koronavirusa yoluxma aşkarlandı

Avropanın daha bir ölkəsində koronavirusa yoluxma halı qeydə alınıb.  

“RİA Novosti” xəbər verir ki, Çexiyada ilk dəfə 3 nəfərin yeni tip koronavirusa yoluxduğu aşkarlanıb. 

Ölkənin səhiyyə naziri Adam Voytex deyib ki, virusa yoluxanların hər üçü İtaliyadan Çexiyaya gəlib.  

Onlardan biri isə Milanda təhsil alan amerikalı qadındır. 

0.3365490436554