Azərbaycanda koronavirusa yoluxanların vəziyyəti açıqlandı

“Koronavirusa yoluxan xəstələrin vəziyyəti stabildir”. 

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. 

Y. Qarayeva deyib ki, karantinə alınan şəxslərin sayı daim dəyişdiyindən hazırda karantində nə qədər adamın olmasını demək mümkün deyil:  

“Müayinə və müşahidələr davam edir. Nəticələrlə bağlı məlumatlar Operativ Qərargah tərəfindən ictimaiyyətə verilir”. 

0.32023310661316