Mingəçevirdə qumbara tapıldı - FOTO

2020-ci il 01 Mart tarixində saat 13:04-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Mingəçevir şəhəri, D.Əliyeva küçəsi ev 16 ünvanında qumbaranın tapılması barədə məlumat daxil olub. 

ANAMA-dan Bakunews.media-a verilən məlumata görə,  Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Mingəçevir şəhər Polis Şöbəsinin və Mərkəzi Xəstəxananın (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri və Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.  

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Əl qumbarasının ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. 

0.29404902458191