Bakıda “KamAZ” 35 yaşlı kişinin ayağının üstündən keçdi

Bakıda yük avtomobili piyadaya xəsarət yetirib. 

“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. 

“KamAZ” markalı yük avtomobili Yusif Səfərov küçəsində 1985-ci il təvəllüdlü Cavadov Cavid Tofiq oğlunun sol ayağının üstündən keçib. Nəticədə C.Cavadov ağır xəsarət alıb. 

Yaralını ərazidə xidmət göstərən YPX əməkdaşları 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırıblar. 

Faktla bağlı araşdırma aparılır. 

1.1527190208435