İsraildə 11 ay ərzində üçüncü parlament seçkiləri keçirilir

Martın ikisi İsraildə son 11 ay ərzində sayca üçüncü parlament seçkiləri keçirilir.

“Haaretz” xəbər verir ki, son iki seçkilərdən sonra hakimiyyət koalisiyasına formalaşdırmaq mümkün olmayıb.

Qeyd etmək lazımdır ki, İsrail tarixində ilk dəfədir ki belə vəziyyətlə üz-üzə qalır.

Bu seçkilərin qalibi olacaq partiya növbəti dəfə koalisiya formalaşdırmağa cəgd edəcək.

Bunun üçün yeni seçilən 120 deputatdan ən azı 61-nin dəstəyi lazımdır.

0.32453680038452