Filippində zəlzələ baş verib
Filippinin şərqində 5,7 maqnitudasında zəlzələ baş verib.
“RİA Novosti” xəbər verir ki, zəlzələ yerli vaxtla saat 05:19-da qeydə alınıb.
Episentr Leyte əyalətində yerləşən Kapukan munisipalitetinin şimal-qərbindən səkkiz kilometr məsafədə 13 kilometr yerin altında qeyd edilib.
ABŞ-ın Geoloji xidmətnin məlumatına əsasən. zəlzələ 5,5 maqnitudasında olub.
Zəlzələnin qurbanları və dağıntılar haqda yoxdur.