Yüksək sürət qəzaya səbəb olub, xəsarət alanlar var – VİDEO

Bakı şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakunews.media xəbər verir ki, qəza Sabunçu rayounun Zabrat qəsəbəsində qeydə alınıb.

Şəhər istiqamətində hərəkət edən “Niva” markalı avtomobilin sürücü işıqforun qadağanedici siqnalına məhəl qoymayaraq qarşı tərəfdə hərəkətdə olan Bəxtiyar Hidayətlinin idarəetdiyi “Mercedes” markalı avtomobilinə çırpılıb.

Zərbənin təsirindən “Mercedes” eyni istiqamətdə olan iki “Mercedes” markalı nəqliyyat vasitələrinə dəyib.

Hadisə nəticəsində “Mercedes”in sürücüsü Bəxtiyar Hidayətli və “Niva” markal avtomobildə olan iki nəfər şəxs Ağamalı Eyvazov və Cavid Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra ərazidə avtomobil tıxacı yaranıb.

 

0.98664307594299