ABŞ səfirliyinin yanına raketlər düşdü – VİDEO

ABŞ-ın Bağdadda yerləşən səfirliyinin yanına bir neçə raket düşüb.

“Al Arabiya” xəbər verir ki, “Bloomberg”in müxbiri Zaid Sabah hadisə ilə bağlı video paylaşıb.

Kadrlarda raketlərin yaxınlaşması səbəbindən səfirlikdə xəbərdarlıq sirenasının işə düşdüyünü eşitmək olur.

Qeyd etmək lazımdır ki, ABŞ səfirliyi Bağdadın “yaşıl ərazisində" yerləşir.

Bu yaxşı qorunan ərazidə dövlət müəssisələri və xarici səfirliklər yerləşir.

 

1.1896538734436