Rusiyada yeniyetmə qız alışqan qazından zəhərlənərək dünyasını dəyişib

Rusiyanın Novqorod vilayətində 13 yaşlı qızın ölümü ilə bağlı istintaq başlayıb.

“SK” xəbər verir ki, məktəblinin alışqan qazından zəhərlənərək öldüyü bildirilir.

Aparılan istintaq bu hadisənin səbəblərini və baş vermə şəraitini müəyyən edəcək.

Qeyd etmək lazımdır ki, qız hadisə zamanı bir qrup həmyaşıdı ilə birlikdə olub.

0.30296778678894