Kimlər psixoloq ola bilər? - VİDEO

Psixoloqlar insanların həyatına toxunur, onların düşüncələrinin formalaşmasında böyük rol oynayır. Ona görə də bu sahənin mütəxəssislərinin dərin bilik, mükəmməl təhsilə malik olması zərurətə çevrilir.

Ancaq günümüzdə özünü psixoloq adlandıranlar, təhsili olmadığı halda, psixoloq kimi fəaliyyət göstərənlər çoxluq təşkil etməyə başlayıb.

Mövzu ilə bağlı psixoloq Xatirə Səfərovanın fikirlərini öyrəndik.

“Diplomsuz psixoloq fəaliyyəti göstərmək qəti qadağandır. Dünyanın heç bir ölkəsində diplomu olmadan psixoloqun sertifikatları önəm daşımır. Sertifikat onu göstərir ki, sən təhsildən sonrakı dönəmdə də öz bilgilərini artırmısan.

Psixoloq olmaq üçün mütləq ali məktəb bitirməlisən. Təhsilsiz psixoloqun yanaşma mexanizmi rəfiqənin rəfiqəyə verə biləcəyi məsləhətdən başqa bir şey deyil”.

0.95126891136169