Bakıda yolu keçən ər-arvadı maşın vurub, ölən var - FOTO

Suraxanı rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakunews.media xəbər verir ki, qəza Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

“Mitsubishi” markalı avtomobil keçiddən keçmək istəyən 1963-cü il təvəllüdlü Nəriman Nərimanov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Nərimanova Cəmalə İsmət qızını vurub. 

N.Nərimanov aldığı xəsarətlərdən hadisə yerində ölüb. C.Nərimanova isə xəstəxanaya yerləşdirilib.

Əraziyə Suraxanı Rayon DYP əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib. 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. 

Kamil Əmirli

0.29601693153381