Koronavirusa yoluxma dünyanın 65 ölkəsində təsbit edilib

Çin istisna olmaqla 64 ölkə rəsmi olaraq koronavirusa yoluxma faktını təsdiqləyib.

“RİA Novosti” xəbər verir ki, dünyada ötən gün ərzində daha 1598 nəfər yeni növ koronavirusa yoluxub.

Beləliklə, Çinin xaricində hal-hazırda 8774 nəfər bu xəstəliyə yoluxub.

Qeyd etmək lazımdır ki, indiyədək 128 nəfər COVID-19 koronavirusundan dünyasını dəyişib.

Onlardan 24-ü həyatlarını ötən gün itirib.

0.33902287483215