ABŞ hipersəsli silah sınaqdan keçirəcək

Bu il ABŞ hipersəsli silahın sınağını həyata keçirəcək.

“RİA Novosti” xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin hipersəsli silah üzrə proqramın direktor müavini Mayk Uayt etiraf edib.

“Biz dəniz və piyada qüvvələri üçün sürətli qeyri-nüvə zərbəsini həyata keçirəcəyik. Tarixlər məxfidir, lakin sınaq bu il baş tutacaq”, - deyə Uayt qeyd edib.

Onun sözlərinə görə sınaq “Atəş nömrə iki” adlanacaq.

0.30879187583923