Bakıda avtomobil işıq dirəyinə çırpılıb - FOTO

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakunews.media xəbər verir ki, qəza A.Şaiq küçəsində qeydə alınıb.

"Hyundai" markalı avtomobilin sürücüsü küçə ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə zamanı sürücünün yüngül bədən xəsarətləri aldığı bildirilir. Avtomobilə ciddi ziyan dəyib, işıq dirəyi aşıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, sürücü sükan arxasında olarkən diqqəti telefona görə yayındığından sükana nəzarəti itirib və nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

0.31203413009644