Təhlükəli “TikTok-çellenc”i təkrarladı, onurğasını zədələdi – VİDEO

Məktəbli qız təhlükəli “TikTok-çellenc” həyata keçirən zaman onurğasını ciddi şəkildə zədələyib.

“Daily Mail” xəbər verir ki, oyuna əsasən, bir nəfər tullanarkən, yanında duran iki nəfər ona badalaq atır.

Sözügedən məktəbli badalaqdan sonra yıxılaraq boyun fəqərələrini zədələyib.

Qızın anası bu təhlükəli videonu sosial şəbəkələrdə paylaşaraq digər uşaqların valideynlərinə xəbərdarlıq edib.

 

0.34844613075256