Bakıda qaydaları pozan taksi qəzaya səbəb oldu - ANBAAN VİDEO

Bakıda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. 

Bakunews.media xəbər verir ki, gecə saatlarında baş verən qəzanın videosu sosial şəbəkədə paylaşılıb. 

Görüntülərdə taksi fəaliyyəti ilə məşğul olan avtomobilin dönmə qaydalarını pozmasının qəzaya səbəb olması əks olunub. 

Belə ki, ikinci zolaqdan qəfil sola dönməyə çalışan avtomobil həmin yolla hərəkətdə olan maşının qarşısına çıxıb. 

Bu zaman taksi dönmə işıqlarından belə istifadə etməyib. 

Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Qəza anı həmin yolla hərəkətdə olan avtomobillərdən birində yerləşdirilmiş kameraya əks olunub. 

Həmin görüntüləri təqdim edirik:

Samir İsayev

0.31674194335938