Qobustanda bir ailə siçan dərmanından zəhərləndi: Nənə öldü - YENİLƏNİB

Qobustanda zəhərlənənlərdən biri ölüb.

Bakunews.media xəbər verir ki, nənə - Şıxəliyeva Gülminə Gülbaba qızı qanda olan dəyişiklikdən beyin qansızması keçirib və vəfat edib.

11:26

Qobustan rayonunda siçan dərmanından kütləvi zəhərlənmə baş verib.

Bakunews.media-ın məlumatına görə, Qobustan şəhər sakinləri - Şıxəliyev Elnur Amil oğlu, Şıxəliyev Məhəmməd Elnur oğlu, Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini olan Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

0.3036630153656