Gəncə Hava Limanında profilaktiki yoxlamalar - VİDEO

Gəncə Beynəlxalq Hava Limanının gömrük-keçid məntəqəsində ölkənin ikinci ən böyük şəhərinə gələn bütün sərnişinlər yoxlanılır.

Termal kameralar vasitəsilə onların hərarətləri ölçülür. Bundan əlavə, hərarətin yoxlanılması üçün digər tibbi cihazlardan da istifadə olunur.

Bakunews.media xəbər ki, hava limanında çalışanların, eləcə də, sərnişinlərin əksəriyyəti qoruyucu maskalardan istifadə edirlər. 

Vətəndaşlar maarifləndirilir, onlara virusdan qorunmaq üçün məsləhətlər verilir. Hava Limanında Gəncə Şəhər Təcili Yardım Stansiyasının briqadaları da işə cəlb olunub. Hər hansı bir şəxsdə şübhələr aşkar olunduqda, o, təcili yardım maşını ilə Gəncə Şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasına aparılır. Bu günə kimi Gəncə şəhərində koronavirus aşkar edilməyib. 

Yoxlamalar zamanı bəzi şəxslərdə yüksək hərarət aşkar edilsə də, onlar Gəncə Yoluxucu Xəstəliklər Xəstəxanasında müayinədən keçəndən sonra evə buraxılıblar.

0.31100606918335